AZ

Mərkəzi Asiyadan Azərbaycana turist axını sürətlənib – SİYAHI

2025-ci ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını sürətlənib və hesabat ilində təxminən 133 min nəfər turist gəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Onların Azərbaycanda çəkdiyi xərclər təxminən 227 mln. manat təşkil edib. Orta hesabla adambaşına düşən xərclər təxminən 1 707 manat səviyyəsində olub. 2024-cü illə müqayisədə turist sayı təxminən 15 faiz, xərclər isə təxminən 18 faiz artıb.

Qazaxıstandan gələn turistlərin sayı 2025-ci ildə 84 min nəfər olub ki, bu göstərici əvvəlki illə müqayisədə təxminən 16 faiz artım deməkdir. Onların Azərbaycanda çəkdiyi xərclər 144 mln. manat təşkil edib. Adambaşına düşən xərclər təxminən 1 714 min manat olub.

Özbəkistandan gələn turistlərin sayı 36 min nəfər səviyyəsində olub və illik müqayisədə təxminən 33 faiz artım müşahidə olunub. Xərcləri 63 mln. manat təşkil edib, adambaşına düşən xərclər isə 1 730 manat olub.

Tacikistandan gələn turistlərin sayı 2025-ci ildə 7 min nəfər olub ki, bu təxminən 55 faiz artım deməkdir. Onların çəkdiyi xərclər 11 mln. manat təşkil edib, adambaşına düşən xərclər isə 1 508 manat səviyyəsindədir.

Qırğızıstandan gələn turistlərin sayı 6 min nəfər təşkil edib və illik müqayisədə təxminən 4 faiz artım qeydə alınıb. Xərcləri 9 mln. manat, adambaşına düşən xərclər isə 1 598 manat olub.

 

Seçilən
10
banker.az

1Mənbələr