AZ

Damın çökməsi faciəyə SƏBƏB OLDU: Ev sahibi xəsarət alan kirayəşini evdən QOVUR – VİDEO

Tennessidə damın çökməsi faciəyə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

ABŞ-nin Tennessi ştatının sakini Elizabet Kiton ev sahibi ilə məhkəmə çəkişməsinə başlayıb. Hadisəyə səbəb qar yükünə dözməyən dam örtüyünün qadının və avtomobilinin üzərinə çökməsi olub.

Elizabet bildirir ki, hadisə nəticəsində kəllə-beyin travması və çoxsaylı əziklər alıb. Lakin ev sahibi onun müalicə xərclərini və maşının təmirini ödəməkdən imtina edib.

Vəziyyət daha da gərginləşib; belə ki, ev sahibi xərcləri ödəmək əvəzinə məhkəməyə müraciət edərək Elizabetdən 30 gün ərzində mənzili boşaltmağı tələb edib.

Ağır stress keçirən qadın həm sağlamlığını itirmək, həm də evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

Zərərçəkmiş qadın jurnalistlərə açıqlamasında bildirib ki, onda ciddi posttravmatik stress pozuntusu (PTSP) yaranıb.

O, gecələr qorxu içində oyandığını və artıq təkbaşına avtomobilinə yanacaq doldura bilmədiyini, çünki yanacaqdoldurma məntəqələrindəki örtüklərdən bərk qorxduğunu qeyd edib.

“Mən hər gecə o dəhşətli anı yenidən yaşayıram və göz yaşları içində oyanıram”, – Elizabet əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
153
interpress.az

1Mənbələr