AZ

Britni Spirs musiqilərinin hüquqlarını satdı − 200 milyon dollara


Britni Spirs bütün musiqi kataloqunun hüquqlarını müstəqil musiqi naşiri “Primary Wave”ə satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, təxminən 200 milyon dollar dəyərində olan müqavilə 30 dekabrda bağlanıb.
“Primary Wave” əvvəllər reper “Notorious B.I.G.”, müğənni Prins və Uitni Hyustonun əmlakına hüquqlar əldə edib.
Naşir BBC-nin şərh sorğusuna cavab verməyib, Spirsin nümayəndələri isə şərh verməkdən imtina ediblər.
Seçilən
28
1
yeniavaz.com

2Mənbələr