AZ

Türk Hava Yolları İrəvana uçuşlara başlayır » AzadMedia.az

Türk


Türk Hava Yolları (THY) martın 11-dən etibarən Ermənistanın paytaxtı İrəvana uçuşlara başlayacaq. Bu barədə “Armenia” Beynəlxalq Hava Limanları” QSC Ermənistan KİV-nə məlumat verib.

Məlumata görə, İstanbul–İrəvan–İstanbul marşrutu üzrə reyslər ilkin mərhələdə hər gün həyata keçiriləcək. Mayın 14-dən etibarən uçuşların tezliyi həftədə 10 reysə çatdırılacaq.

İyunun 15-dən isə bu istiqamət üzrə reyslərin sayı daha da artırılaraq həftədə 14 reys olacaq. Bununla da, yay mövsümündə İstanbul–İrəvan xətti üzrə gündə iki uçuşun yerinə yetirilməsi planlaşdırılır.

Seçilən
9
1
azadmedia.az

2Mənbələr