AZ

Mətbuat Şurası Ali Məhkəmənin bu qərarını şərh etdi

Bakı.Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyəthüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı dövrün vəzamanın tələbindən irəli gəlir. Qərar şəxsi həyatın toxunulmazlığısahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətinirəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsihəyatın toxunulmazlığı” adlı 32-ci maddəsi baxımından real tətbiqmexanizmi yaradır. Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil,eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlarformalaşdırmalıdır.

Trend xəbərverir ki, bu barədə Mətbuat Şurasının Ali Məhkəmənin “Şəxsiyyəthüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə bağlışərhində bildirilir.

Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da keçirilmişReferendumda əsas qanunun sözügedən 32-ci maddəsinə VI, VII və VIIIhissələr əlavə edilmişdi. Həmin əlavələrdə birincisi, qanunlamüəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqındaməlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərindəaparılan informasiya ehtiyatlarına daxil olmağın qadağan edildiyi,ikincisi, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadəetdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonimxarakterli statistik məlumatların emalı və qanunun yol verdiyidigər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsihəyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dairməlumatların açıqlanması üçün istifadə edilə bilməzliyi, üçüncüsü,fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının,ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunlamüəyyənləşdirildiyi vurğulanırdı.

Ümumən, konstitusiyanın 32-ci maddəsindən və sadalananprinsiplərdən qaynaqlanan Ali Məhkəmə Plenumunun qərarımüəyyənləşdirir ki, bir şəxs haqqında hansısa faktın doğruluğubelə, həmin faktın informasiyaya çevrilməsinə, daha doğrusu, faktındərhal yayıla bilməsinə zəmin yaratmır. Çünki şəxsin razılığıolmadan onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərintoplanması, saxlanılması və yayılması hüquqa ziddir. Bu baxımdantibbi məlumatlar, maliyyə, əmlak vəziyyəti, şəxsi yazışmalar,ailədaxili münasibətlər, uşaqların sağlamlığı və digər həssasməlumatlar fərqləndirilir.

Ali Məhkəmə bildirir ki, əvvəllər bir şəxs digər şəxsə qarşıyalan məlumatlar yaydığı halda, şərəf və ləyaqətin müdafiəsiinstitutundan istifadə etməklə tələblər irəli sürülüb, lakinməlumatın həqiqiliyi ortaya çıxdıqda iddialar təmin olunmayıb.Artıq bu duruma son qoyulur. Çünki yeni qərar şəxsi toxunulmazlıqhüququnu şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirir.Yəni, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailəhəyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir fərdinşəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünürahat və təhlükəsiz hiss etməsinə xidmət edir: “Ali Məhkəməqərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakinbu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətənmüdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnugeniş şərh edərək ön plana çıxarmışdır”.

Maraqlı məqamlardan biri də budur ki, qanun təkcə şəxsi və ailəhəyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili,avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətəmalik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digərobyektləri də qoruyur. Yəni, sadalanan xüsusdakı bilgilərin qarşıtərəfin razılığı olmadan, yaxud razılığına zidd yayılması dayolverilməzdir ki, dünyanın bir çox ölkələrində bu praktikayamüraciət halları var. Eyni zamanda, şəxsi və ailə sirri təşkil edənməlumatların qorunmasına mükəlləf qurumların, şəxslərin həminməlumatları yaymasına görə məsuliyyət növlərininmüəyyənləşdirilməsi də.

Ali Məhkəmə Plenumunun qərarında daha iki mühüm məqam var ki,onlardan birincisi məlumatların yayılmasına şəxsin öz razılığıməsələsi, digəri isə məlumatların ictimaiyyətə açıqlığıdır. Birşəxs internet resursunda əlaqə məlumatlarını, həyatını,xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa,bu, şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesabedilir. Deməli, bu bilgilərdən istifadə heç bir məsuliyyətyaratmır. Şəxsin öz razılığı ilə paylaşılan bilgilərininformasiyaya çevrilməsi də həmçinin. Əlbəttə, şəxsin özününpaylaşdığı bilgilərin informasiya çevrilməsindəki məsxərə vəaşağılayıcı ton, bu kimi hallara ayrıca hüquqi qiymət verilməsiniaktuallaşdırır.

Plenum qərarındakı vacib məqamlardan biri də yayılmışməlumatların cəmiyyətin maraq dairəsində olması məsələsidir.Qərarda belə məlumatların mülki hüquq pozuntusu hesab edilməməsivurğulanır. Bu, son dərəcə vacib məqamdır və jurnalist fəaliyyətiilə daha sıx bağlıdır. Nəzərə alaq ki, media və jurnalistlərictimai nəzarət funksiyası yerinə yetirirlər və onların mövcudampluada təmasda olduqları şəxslər cəmiyyətin maraqdairəsindədirlər. Yəni, jurnalist fəaliyyəti məhz həmin marağınqarşılanmasını rəhbər tutur.

Deməli, publik şəxslərin davranışlarının, qərarlarının vəfəaliyyətinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etməsiamili əsasdır və bu amil onların şəxsi həyatının da ictimainəzarətə açıqlığını, bir növ, normaya çevirir. Onu da nəzərə alaqki, sıravi şəxslərlə müqayisədə publik şəxsləri tənqidetməninyolverilən hədləri daha genişdir. Amma Ali Məhkəmə çox doğru olaraqictimai marağın aşılmasının yolverilməzliyini vurğulayır və misalgətirir, daha doğrusu, müqayisə aparır: “Məsələn, jurnalist yerliözünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyənlüks mənzil və avtomobillərə sahib olması, habelə uşağınınanadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir.Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumatolsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatınyayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurluolması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqaziddmüdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrininicrası baxımından hər hansı ictimai maraq kəsb etmir”.

Nəhayət, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyəthüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarının məğzindədayanan mühüm amillərdən biri də məsuliyyətdir. Söhbət şəxsiməlumatların yayılmasına görə nəzərdə tutulan məsuliyyətdən gedir.Aydındır ki, qərar məsuliyyətin müəyyənləşdirilməsində çətinliyinyaranmasından, indiyədək tətbiq edilən mübahisələndirməmexanizminin zəifliyindən qaynaqlanır.

O da aydındır ki, şəxsi məlumatların yayılmasına görəməsuliyyət, həmçinin, medianın məsuliyyəti belə məlumatlarınyayılma arealının genişliyindən asılı olaraq müəyyənləşəcək.Əlbəttə, qanunazidd bilgilər televiziya və radioda yayılırsa, dahaböyük maddi təzminatdan söhbət gedəcək. Habelə, geniş əhatədairəsinə malik sosial şəbəkələr vasitəsilə həyata keçirilənyayımın da kütləvilik durumu zərərin həcmini artıracaq.

Ancaq sırf sosial şəbəkə seqmentində yer almış hansısa bilgipaylaşımının mübahisələndirilməsi zamanı, müvafiq olaraq nəzərdətutulacaq məsuliyyətin dəqiqliyi üçün həmin bilginin yayımarealının özünün hüquqi qiymətləndirilməsi üçün əlavə qanunimexanimzə ehtiyac yarana, bu kimi durumlarda sosial şəbəkələrbaxımından müəyyən texniki parametrlərə diqqət yetirilməsizəruriləşə bilər. Məsələn, qanunsuz bilgini yayan sosial şəbəkəprofilinə baxış sayının və bu sayın cəmiyyətə təsirininhesablanmasının nəzərdən keçirilməsi məqsədi ilə ayrıcadəyərləndirmənin aparılması mümkündür ki, bu prosedurun da hüquqasöykənməsi vacibdir.

Məqalədə:
Seçilən
14
10
az.trend.az

10Mənbələr