AZ

Tutuquşu qətlin üstünün açılmasına kömək etdi

ABŞ-ın Miçiqan ştatında baş verən qətl hadisəsinin istintaqında danışan tutuquşu mühüm rol oynayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları Martin və Qlenn Durhamların evinə çağırış əsasında gəlib. Hadisə yerində beş güllə yarası almış kişinin və güllə yarası almış qadının cəsədi aşkar edilib. Ev sahibi olan qadın isə sağ qalıb. O, baş verənlərlə bağlı heç nə bilmədiyini və atəş açan şəxsi görmədiyini bildirib.

İstintaq bir müddət çıxılmaz vəziyyətdə qalıb. Lakin müstəntiqlər evdə saxlanılan Afrika boz tutuquşusunun davranışına diqqət yetiriblər. Quş davamlı olaraq mərhum ev sahibinin səsində “Vurma” ifadəsini təkrarlayıb.

İstintaqçılar ehtimal ediblər ki, tutuquşu ev sahibinin son anlarda dediyi sözləri yadda saxlayaraq təkrarlayır. Bundan sonra evdə əlavə axtarış aparılıb və intihardan əvvəl yazıldığı ehtimal olunan bir neçə qeyd tapılıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, qadın ərini güllələdikdən sonra intihara cəhd edib. Müstəntiqlər ailənin maddi problemlərlə üzləşdiyini və bunun cinayətin motivi ola biləcəyini bildiriblər.

Seçilən
23
veteninfo.az

1Mənbələr