AZ

Fransa millisinin keçmiş yarımmüdafiəçisi “Qəbələ”yə icarəyə verildi

“Qəbələ” qış transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu “Valensiyen”dən (Fransa) mövsümün sonuna qədər icarəyə götürüblər.

Sonuncu komandası “Valensiyen” olan fransalı daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi komandaların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Seçilən
23
sportinfo.az

1Mənbələr