AZ

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Keçmiş “Formula-1” pilotu Ralf Şumaxer partnyoru Etyen Buske-Kassanye ilə nişanlandığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, 50 yaşlı idmançı bu xəbəri instaqram hesabında birgə bəyanat paylaşmaqla açıqlayıb.

“Ralf Şumaxer və partnyoru Etyen Buske-Kassanyenin evlənəcəyini təsdiqləməkdən məmnunuq. Onların hər ikisi çoxsaylı səmimi təbriklərdən çox məmnundur”, - cütlüyün birgə şəkilləri ilə paylaşılmış bəyanatda deyilir.

Bununla belə, onlar münasibətləri haqqında əlavə təfərrüat açıqlamaq niyyətində olmadıqlarını vurğulayıb və şəxsi həyatlarına hörmət olunmasını xahiş ediblər.

Ralfın oğlu, avtomobil idmanı yarışlarının pilotu David Şumaxer atasına dəstəyini ifadə edib: “Çox şadam ki, nəhayət, birlikdə özünü rahat və təhlükəsiz hiss etdiyin birini tapdın - bunun kişi və ya qadın olmasının fərqi yoxdur. Mən 100% sənin tərəfindəyəm, ata!”

Ralf Şumaxerin eks-həyat yoldaşı Kora-Koralin Şumaxer də onu təbrik edib. O, cütlüyə xoşbəxtlik arzulayıb və toy mərasiminin mayda Sen-Tropedə keçirilə biləcəyini və üç gün davam edəcəyini söyləyib.

Qeyd edək ki, R.Şumaxer əfsanəvi “Formula-1” pilotu, 7 qat dünya çempionu Mixael Şumaxerin kiçik qardaşıdır. O, 1997-2007-ci illərdə “Formula-1” yarışlarında iştirak edib. Avtomobil idmanı yarışlarında karyerasını 2012-ci ildə başa vurub.

Ralf Şumaxer 2024-cü ilin yayında Buske-Kassanye ilə münasibətdə olduğunu açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
qafqazinfo.az

2Mənbələr