Bakı şəhəri və Əbu-Dabi şəhəri arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Moderator.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyəti Bakıda səfərdədir.
Fevralın 11-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Eldar Əzizov qonağa şanlı zəfərimizə həsr olunan və artıq 11 dildə çap edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrini təqdim edib.