AZ

Azərbaycanın Olimpiya çempionları “Böyük Dəbilqə”də çıxış edəcəklər

Bakı, 11 fevral, AZƏRTAC

Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək “Böyük Dəbilqə” turniri üçün ilkin heyəti açıqlanıb.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin yarışda ümumilikdə 10 çəki dərəsində 20 cüdoçu ilə (13 kişi, 7 qadın) təmsil olunacağı gözlənilir.

Heyətdə Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev də yer alıblar.

Kişilərin mübarizəsində Yusif Əhmədov, Balabəy Ağayev, Turan Bayramov (hamısı 60 kiloqram), Nizami İmranov (66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Murad Fətiyev, Zelim Kotsoyev (hər ikisi 90 kiloqram) qüvvəsini sınayacaq.

Qadınlarda isə Könül Əliyev, Şəfəq Həmidova, Leyla Əliyeva (hamısı 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) tatamiyə çıxacaq.

Qeyd edək ki, turnir fevralın 27-dən martın 1-dək təşkil olunacaq.

Seçilən
123
2
azertag.az

3Mənbələr