Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bir qərarla bütün ssenarilər alt-üst ola bilər
ABŞ-İran-İsrail üçbucağındakı müharibə ritorikasını, təhdidləri, mümkün ssenariləri və danışıqlar prosesini qiymətləndirən Türkiyəli ekspertlər Levent Kemal, Mehmet Alaca və Dr. Hazar Vural bölgədəki həssas tarazlıqları təhlil ediblər.
İRANDA ETİRAZLAR NECƏ ALIŞDI: BAĞLANAN DÜKANLAR, ARTAN PROTESTLƏR
28 dekabr 2025-ci ildə başlayan və qısa müddətdə ölkə üzrə yayılan son etiraz dalğası İran tarixindəki davamlı etiraz ənənəsinin bir hissəsi kimi qiymətləndirilir. Ekspertlərə görə, 19-cu əsrdəki Tütün etirazlarından Konstitusiya inqilabına, 1979-cu il İslam inqilabından 2009-cu il Yaşıl Hərəkatına və 2022-ci ildəki “Qadın, həyat, azadlıq” aksiyalarına qədər uzanan proses göstərir ki, etiraz İran siyasətində istisna deyil, davamlı fenomendir.
Valyuta məzənnəsinin kəskin artması, xüsusilə Tehrandakı ticarət mərkəzlərində dükanların bağlanması sanksiyalar altındakı İran iqtisadiyyatının kövrəkliyini bir daha üzə çıxarıb.
ABŞ-nin “maksimum təzyiq” siyasəti, 2025-ci ilin iyununda İsraillə baş verən 12 günlük müharibə və BMT sanksiyalarının yenidən qüvvəyə minməsi böhranı dərinləşdirib. Etirazlar Vaşinqton - Tehran xəttində yeni gərginlik mövzusuna çevrilib.
ABŞ-İRAN ARASINDA İLK GƏRGİNLİK
2 yanvarda ABŞ Prezidenti Tramp İran hakimiyyətini etirazçılara qarşı zorakılıq edəcəyi təqdirdə Vaşinqtonun “hazır və ayıq-sayıq” olduğunu bildirməklə hədələyib. 9 yanvarda isə İranın ali lideri Xamenei Trampı etirazları qızışdırmaqda ittiham edib.
13 yanvarda Tramp “kömək yoldadır” deyib, 22 yanvarda isə “o istiqamətə çoxlu sayda gəmimiz var” açıqlaması ilə Yaxın Şərqdə müharibə ssenarilərinin müzakirəsinə səbəb olub.
Hərbi təhdidlərlə diplomatik təmaslar paralel şəkildə davam edərkən, İran və ABŞ 12 günlük müharibədən sonra yenidən nüvə danışıqları masasına qayıdıblar.
“TRAMP DANIŞIQLARA YÜKSƏK TONLA BAŞLAYIR”
Yaxın Şərq üzrə araşdırmaçı Levent Kemalın fikrincə, hazırkı şəraitdə bölgədə genişmiqyaslı müharibə ehtimalı aşağıdır. Çünki region ölkələri qarşıdurmadan çox diplomatiyaya üstünlük verir.
Kemal bildirib ki, Tramp danışıqlara adətən yüksək tonla başlayır və hərbi gücdən istifadə etməkdən çəkinmir. Onun fikrincə, ABŞ İranla aşağı maliyyətli, lakin üstün mövqedən danışıqlar aparmaq istəyir.
“YAXIN VAXTDA ABŞ HÜCUMU MÜMKÜNDÜR”
Kemalın sözlərinə görə, danışıqlarda İran güzəştə getməzsə, ABŞ sərt hücum variantını gündəmə gətirə bilər. Bu isə İranda etirazların və müxalifət hərəkatının güclənməsinə səbəb ola bilər.
Onun fikrincə, ABŞ-nin əməliyyat çərçivəsində Xameneini hədəf alması və ya cavab zərbəsi nəticəsində çoxlu ABŞ və ya İsrail vətəndaşının ölümü müharibə həddini keçə bilər.
“AÇIQ MÜHARİBƏ YENİ REGİONAL STATUS-KVONU ALT-ÜST EDƏR”
Jurnalist və analitik Mehmet Alaca bildirib ki, bölgədə ümumi müharibə risk faktorları aktiv olaraq qalır. Lakin açıq müharibənin yaradacağı nəticələr proqnozlaşdırıla bilməz və bu, nə ABŞ-nin, nə də region ölkələrinin maraqlarına uyğundur.
Alaca hesab edir ki, ABŞ-İran-İsrail xəttində gərginlik məhdud çərçivədə qalacaq.
“MÜNAQİŞƏNİN MALİYYƏTİ TƏRƏFLƏRİ MASAYA QAYTARDI”
Onun sözlərinə görə, müharibənin idarəolunmaz səviyyəyə çatma riski tərəfləri yenidən danışıqlara vadar edib. İran üçün bu proses daha çox “vaxt qazanmaq” və “böhranı dondurmaq” məqsədi daşıyır.
“BÜTÜN PROQNOZLAR TRAMPIN BİR QƏRARI İLƏ ALT-ÜST OLA BİLƏR”
Dr. Hazar Vural qeyd edib ki, ABŞ-nin mümkün hücumu Tehranda məhdud qarşıdurma kimi deyil, daha geniş müharibənin başlanğıcı kimi qiymətləndirilir.
“DÜNYA İQTİSADİYYATINA CİDDİ TƏSİR EDƏ BİLƏR”
Vuralın sözlərinə görə, Fars körfəzi və Hörmüz boğazında uzunmüddətli xaos və ticarətin dayanması dünya iqtisadiyyatına ciddi zərbə vura bilər. İran Körfəz ölkələrinə açıq mesaj verir ki, ABŞ-yə ərazilərini kullandırarlarsa, hədəfə çevrilə bilərlər.
O, həmçinin bildirib ki, İsrail İranla hər hansı razılaşmanı qəbul etmir və Tehranın tam silahsızlaşdırılmasını istəyir. ABŞ-də seçki ili olması və İsrailin təsiri müharibə riskini tam aradan qaldırmursa da, diplomatiyanın davamı həyati əhəmiyyət daşıyır.
Vuralın fikrincə, 2026-cı ildə də bu məsələ gündəmdə qalacaq və bölgədə qarşıdurma riski real olaraq davam edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.