AZ

Epşteyn dosyesində üzü bağlı şəkilləri paylaşılan 6 nəfər deşifrə oldu

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Epstein dosyesində illərdir gizli saxlanılan bəzi məqamlar nəhayət gün işığına çıxmağa başlayıb. ABŞ Ədliyyə Nazirliyində sənədlərin senzurasız variantlarını araşdıran Nümayəndələr Palatasının üzvü Ro Khanna ictimaiyyətdən gizlədilən altı nüfuzlu şəxsin adını açıqlayıb. Onun sözlərinə görə əllərində olan sənədlər hələ aysberqin görünən tərəfidir, çünki bütün qovluqların təxminən 80 faizi hələ də açılmayıb.Demokrat.az xəbər verir ki, açıqlanan siyahıda milyarder iş adamı Les Veksner, Dubay limanlarının rəhbəri Sultan Əhməd bin Sulayem, həmçinin Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nicola Caputo kimi adlar yer alır. Ro Khanna bu şəxslərin adlarının heç bir qanuni əsas olmadan gizlədildiyini bildirib. Cəmi iki saatlıq araşdırma nəticəsində bu adları tapdıqlarını deyən konqresmen 3 milyon sənədin tam şəkildə açılacağı təqdirdə siyahının daha da genişlənəcəyinə diqqət çəkib.Məsələnin ən maraqlı tərəfi isə Federal Təhqiqat Bürosunun (FTB) mövqeyidir. Khanna iddia edir ki, FTB sənədləri Ədliyyə Nazirliyinə göndərərkən artıq senzura tətbiq edib. Yəni Konqres üzvləri "şəffaf" sənədləri görməyə dəvət edilsələr də, qarşılarında yenə də üstü örtülü məlumatlar tapıblar. Bu vəziyyət qurumlar arasında sənədlərin gizlədilməsi ilə bağlı ciddi suallar yaradır.Digər bir Nümayəndələr Palatasının üzvü Tomas Massi isə maraqlı detala toxunub. O, sənədlərdə adın hallanmasının birbaşa cinayət sübutu olmadığını desə də, 2019-cu ilin FTB qeydlərində Les Veksnerin adı ilə Epşteynin "uşaq istismarı" məsələsində tərəfdaş kimi qeyd edildiyini vurğulayıb. Ədliyyə Nazirliyi isə öz növbəsində şaffaf olduqlarını və Veksnerin adının onsuz da bir çox sənədlərdə keçdiyini bildirərək müdafiə mövqeyi tutub.Xatırladaq ki, illərdir davam edən bu işin mərkəzində duran Ceffri Epşteyn 2019-cu ildə həbsxanada müəmmalı şəkildə ölü tapılmışdı. O vaxtdan bəri bir çox dünya lideri və məşhurun adının çəkildiyi bu dosya ətrafındakı müzakirələr səngimək bilmir. İndi hər kəsi bir sual düşündürür: Bu altı nəfər sadəcə başlanğıcdır, yoxsa qara lentlərin arxasında daha böyük fiqurlar gizlənir? Görünən odur ki, sənədlər tam açılmadıqca bu mövzu hələ uzun müddət dünya gündəmini məşğul edəcək.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
demokrat.az

1Mənbələr