AZ

Rusiya güclü Ermənistanda maraqlıdır - Kopırkin

Rusiya tərəfi suveren və güclü Ermənistanda maraqlıdır.

News365.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.

“Rusiya suveren, güclü və özünü təmin edən Ermənistana tam maraq göstərir. Əminəm ki, ölkəmizin birgə inteqrasiya birliklərində tamhüquqlu iştirakı buna səmərəli kömək edir. Misal üçün, Aİİ-yə üzvülüyün 10 ili ərzində Ermənistanın ÜDM-i 2,5 dəfə artıb”, - o bildirib.

Səfir onu qeyd edib ki, Cənubi Qafqaz regionu geosiyasi təlatümlərin təsirini yaşayır:

“Bu çətin şəraitdə Rusiya ilə Ermənistan arasındakı münasibətlər dəyişən reallıqlara uyğunlaşmanın yeni mərhələsinə qədəm qoyub. Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda Moskvaya səfərinin buna əlavə təkan verəcəyinə ümid edirəm”. (Axar.az)

Seçilən
13
news365.az

1Mənbələr