"Poyraz Karayel", "Çəmbərimdə Gül Oya" və "Bir Deli Rüzgar" kimi seriallarda rolları ilə tanınan aktyor Kanbolat Görkem Arslan 45 yaşında vəfat edib.
Sitat.info xəbər verir ki, məşhur aktyorun ölüm səbəbi məlum olub. Arslanın ölümündən bir neçə saat əvvəl sosial mediada paylaşdığı son paylaşım üzə çıxıb. Kanbolat Görkem Arslan dünən gecə Beyoğlundakı evində xəstələnib. Məlumata əsasən, ünvana tibbi briqadalar göndərilib. Evdə ilkin müalicədən sonra Arslan təcili yardımla Taksim Təlim və Araşdırma Xəstəxanasına aparılıb. Xəstəxanada bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və onun ürək tutmasından öldüyü məlum olub.
Kanbolat Görkem Arslan "Çəmbərimdə Gül Oya", "Poyraz Karayel", "Möhtəşəm Yüzyıl", "Həyat Bazen Tatlıdır", "Kuruluş Osman" və "Tatar Ramazan" da daxil olmaqla çoxsaylı televiziya seriallarında və filmlərdə rol alıb.
Tehran,
Sitat.info