AZ

Məşhur aktyor Kanbolat Görkem Arslan vəfat edib

Türkiyənin məşhur “Poyraz Karayel” serialında “Sefer”i canlandıran aktyor Kanbolat Görkem Arslan vəfat edib.

“İki sahil”  Türkiyə mətbuatına istinadla xəbər verir ki, 45 yaşlı aktyorun ölüm səbəbi hələ məlum deyil.

Məlumata görə, gecə saatlarında halı pisləşən Arslan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Görkem karyerasına 2004-cü ildə “Çemberimde gül oya” serialı ilə başlayıb. Daha sonra o, “Poyraz Karayel”, “Bir deli rüzgar”, “Hatırla sevgili”, “Ezel”, “Yer gök aşk”, “Asi”, “Servet”, “Hayat bazen tatlıdır” və bir çox seriallarda rol alıb. Ən son “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında Gümüştekin obrazını canlandırıb.

Arslan 2021-ci ildə rəqqasə Hicran Akınla ailə həyatı qurub.

Seçilən
8
2
ikisahil.az

3Mənbələr