AZ

Ağcabədidə 7 yaşlı uşağa 19 bıçaq zərbəsini kim vurub?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirovun vəziyyəti stabilləşib.

Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.

O bildirib ki, uşağın müalicəsi hazırda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir:

“Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər çox gəzməyə icazə vermir, hələlik xəsarətləri tam sağalmayıb. Həkim nəzarətində müalicələri aparılır”.

R.Bəşirov bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir:

“Hələlik hadisəni törədən şəxsin kimliyi dəqiq bilinmir. Cinayətdə adı hallanan 12 yaşlı uşaq isə ittihamları qəbul etmir. Ekspertizalar təyin olunub”.

Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyata götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
globalinfo.az

3Mənbələr