AZ

Çin növbəti texnoloji yeniliyini təqdim edib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çinin Ninbo-Çjouşan dəmir yolu xəttindəki Cintan sualtı tunelinin tikintisi zamanı mütəxəssislər yerli istehsal olan, həmçinin doymuş təzyiq texnologiyasına əsaslanmış yeni sistemi tətbiq ediblər.

Reyting.az bildirir ki, yerli mühəndislərin qeyri-rəsmi "dərinlikdə məkan stansiyası" adlandırdıqları bu sistem 75 metr dərinlikdə yüksək təzyiq altında ilk müdaxiləni uğurla həyata keçirib.

22 gün fasiləsiz aparılan işlərin nəticəsində 46 kəsici dəyişdirilib və bu, təzyiq altındakı təhlükəsiz müdaxilələr üçün qəbul olunan 60 metrlik həddi aşıb.

Uzunluğu 16,18 kilometr olan Cintan tunelinin 11,21 kilometri sualtı hissədən ibarətdir və faktiki olaraq burada hər hansı bir cihaz quraşdırmaq mümkünsüzdür.

Mütəxəssislər bildiriblər ki, buradakı marşrutun təxminən 70 faizi mürəkkəb geoloji şəraitdən keçir.

"Yongzhou TBM" dəzgahının qalxanı həmin ərəfədə 308 kəsici ilə təchiz edilib və artıq 2 900 ədəddən çox kəsici təcili dəyişdirilib. Bununla belə, ilk sınaq gözləniləndən də uğurlu olub və yeni tətbiq edilən sistem dərinlikdə, eyni zamanda, doymuş rejimdə işləməyə başlayıb ki, bu da tuneldə çalışan işçilərin təhlükəsizliyini daha da artırıb.

Çinli mütəxəssislərin fikrincə, belə bir müasir texnologiya istənilən şəraitdə fəhlə personalının işini asanlaşdırır və hətta 100 metrə qədər dərinlikdə tam maneəsiz fəaliyyət göstərməyə imkan yaradır.

Hazırda Çinin bu yeni "Yongzhou TBM" dəzgahı 3 000 metrdən çox məsafəni çətin maneələri aşmaqla, tuneldə aparılan işlərin 60 faizindən çoxunu tamamlayıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
reyting.az

1Mənbələr