AZ

Ermənistanda xidmətdən yayınanlar pul ödəyib xilas ola biləcəklər

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Parlamenti hakim “Mülki Müqavilə” fraksiyasının üzvü Ayk Sarkisyanın təşəbbüsü ilə hərbi xidmət haqqında qanuna edilən düzəlişləri ikinci və son oxunuşda qəbul edib.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bundan sonra 27 yaşına çatmış və orduda xidmət etməmiş kişilər müəyyən bir ödəniş ödəməklə cinayət məsuliyyətindən yayına bilərlər.

Beş seçim mövcuddur: iki il xidmət etmək; bir il xidmət etmək və 2,5 milyon dram (6 200 dollar); altı ay xidmət etmək və 5 milyon dram (12 400 dollar); bir ay xidmət etmək və 8 milyon dram (21 200 dollar); xidmət etməmək və 15 milyon dram (39 400 dollar) ödəmək.

Müxalif “Ermənistan” fraksiyasının nümayəndələri də daxil olmaqla, 86 millət vəkili sənədin lehinə, 5 nəfər əleyhinə səs verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
yeniavaz.com

2Mənbələr