AZ

Strateji tərəfdaşlıq xartiyası: Azərbaycanın artan geosiyasi çəkisi ABŞ səviyyəsində rəsmiləşir – Şərh

Bakı. Trend:

Azərbaycanın müstəqil və balanslı xarici siyasəti beynəlxalqmüstəvidə öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin xaricisiyasət kursu ölkəmizin milli maraqlarının etibarlı şəkildə təminolunmasına, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha damöhkəmlənməsinə xidmət edir. Son illərdə Amerika Birləşmiş Ştatları(ABŞ) ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası daməhz bu siyasətin məntiqi nəticəsidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı SəbinəSalmanova deyib.

Onun sözlərinə görə, bu baxımdan, ABŞ-nin vitse-prezidenti CeyDi Vensin ölkəmizə səfəri son dövrdə Azərbaycana həyata keçirilənən yüksək səviyyəli səfərlərdən biri olmaqla, iki dövlət arasındamövcud siyasi dialoqun, qarşılıqlı hörmət və etimad mühitinin bariznümunəsidir:

“Bu səfər ABŞ tərəfinin Azərbaycana və regionda həyata keçirilənsiyasətə verdiyi əhəmiyyəti açıq şəkildə nümayiş etdirir. Səfərçərçivəsində Prezident İlham Əliyevlə aparılan yüksək səviyyəligörüşlər ABŞ–Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıqmüstəvisində inkişaf etdiyini bir daha təsdiqləyir. Görüşlər zamanıikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləriətrafında geniş fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, enerjivə təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsiməsələləri diqqət mərkəzində olub. Eyni zamanda, tərəflər CənubiQafqaz regionunda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyintəmin olunmasının vacibliyini vurğulayıb, regionda uzunmüddətliəməkdaşlıq və inkişaf üçün əlverişli şəraitin yaradılmasına dairortaq mövqelərini ifadə ediblər. ABŞ-nin bölgədə sülh və sabitliyinmöhkəmləndirilməsində Azərbaycanın aparıcı və konstruktiv rolunuyüksək qiymətləndirməsi, ölkəmizin artan geosiyasi əhəmiyyətininbeynəlxalq səviyyədə qəbul edildiyini bir daha göstərir. Bu səfər,eyni zamanda, ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəmqoyduğunu nümayiş etdirməklə yanaşı, qarşılıqlı etimada,bərabərhüquqlu əməkdaşlığa və ümumi maraqlara əsaslanantərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inam yaradır”.

Deputat bildirib ki, səfər çərçivəsində “Azərbaycan RespublikasıHökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında StratejiTərəfdaşlıq Xartiyası”nın imzalanması ikitərəfli münasibətlərinkeyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayişetdirir:

“Bu mühüm sənəd iki ölkə arasında əməkdaşlığın hüquqi vəinstitusional əsaslarını daha da möhkəmləndirməklə, tərəfdaşlığınuzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Xartiyaenerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi,qlobal enerji bazarlarının sabitliyinə töhfə verilməsi, həmçininAzərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun daha dagücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sənəddə,eyni zamanda, beynəlxalq və regional nəqliyyat-logistikadəhlizlərinin inkişafı, Orta Dəhlizin funksionallığınınartırılması, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadiəməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi nəzərdətutulur. Terrorizmə, transmilli cinayətkarlığa və digər qlobaltəhlükələrə qarşı birgə mübarizə məsələləri də Xartiyanın prioritetistiqamətləri sırasında yer alır”.

S.Salmanova qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di VensBakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkənAzərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna xüsusi diqqətçəkib:

“O bildirib ki, Prezident İlham Əliyev ABŞ Prezidenti DonaldTrampla yanaşı, həm strateji müttəfiqi Türkiyə, həm də ABŞ-ninYaxın Şərqdə əsas tərəfdaşlarından biri olan İsraillə səmimi vəetibarlı münasibətlərə malik olan nadir dünya liderlərindəndir. Bubəyanat Azərbaycanın xarici siyasətinin balanslı və praqmatikmahiyyətini əks etdirməklə yanaşı, ölkəmizin müxtəlif geosiyasimərkəzlər arasında etibarlı körpü rolunu oynadığını da nümayişetdirir. Qeyd olunan fikirlər Azərbaycanın milli maraqlaraəsaslanan müstəqil xarici siyasət kursunun beynəlxalq ictimaiyyəttərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlıtərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur.Bu amil isə ABŞ–Azərbaycan münasibətlərinin gələcəkdə daha dadərinləşməsi üçün möhkəm zəmin yaradır”.

Seçilən
21
az.trend.az

1Mənbələr