AZ

Trampın adı “Epşteyn işi”ndən çıxır: “Mənə zəng edib dedi ki...”

“ABŞ Prezidenti Donald Tramp 2006-cı ildə mənə zəng edib və Ceffri Epşteynin davranışı barədə hər şeyi bildiyini deyib”.

“Cebhenfo.az” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi tərəfindən yayımlanan FTB sənədinə əsasən Floridanın keçmiş polis rəisi iddia edib.

Sənəd  2019-cu ildə keçmiş Palm Biç polis rəisi ilə FTB əməkdaşının sorğu-sualının müsahibəsinin transkriptidir. 

Rəis iddia edib ki, Epşteynlə bağlı istintaqa başladıqdan sonra Tramp ona zəng edib və "Allaha şükür ki, onu dayandırırsınız, hamı onun bunu etdiyini bilirdi",- deyib.

Məmurun adı sənəddən silinib, lakin sənəddə onun Epşteyn istintaqı zamanı Palm Biç polis rəisi olduğu göstərilir. 

"Miami Herald" qəzeti yazıb ki, Trampın ona zəng etdiyini deyən şəxs Maykl Peyter olub. 

ABŞ Prezidenti Epşteynlə bağlı hər hansı bir qanun pozuntusu barədə məlumatlı olduğunu daim təkzib edib və onun cinayətlərindən xəbərsiz olduğunu deyib. Lakin iddia edilən zəng Trampın nə öyrəndiyini və nə vaxt öyrəndiyini sual altına sala bilər. 

2019-cu ildə federal agentlər Epsteyni cinsi istismara görə həbs edərkən jurnalistlərə müsahibəsində Tramp "Xeyr, mənim bununla bağlı heç bir fikrim yoxdur. Onunla uzun illər danışmamışdım" cavabını vermişdi.

İndi isə məlum olur ki, Tramp 2006-cı ilin iyul ayında telefon danışığında polis rəisinə Epsteyni Mar-a-Lago klubundan qovduğunu  deyib: 

"Nyu-Yorkdakı insanlar onun iyrənc olduğunu bilirdilər". 

Xatırladaq ki, 2006-cı ildə Palm Biç polisi Epşteyni  yetkinlik yaşına çatmayan qızların cinsi istismarında ittiham edib. 

İş daha sonra federal prokurorlara verilib və onlar 2008-ci ildə Epsteynlə mübahisəli bir razılaşma əldə ediblər. Həmin razılaşmaya əsasən, Epşteyn ittihamı qəbul edib, federal prokurolar isə onu daha ciddi ittihamlardan qoruyub.

Seçilən
39
cebheinfo.az

1Mənbələr