Misli Premyer Liqasında 19 tur geridə qalıb. Keçirilən 113 oyunda ("Qəbələ" - "Turan Tovuz" görüşü təxirə salınıb) 15 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Kamal Umudlu, İnqilab Məmmədov, Fərid Hacıyev, Tural Qurbanov və Vüqar Həsənli oyun idarə edib.
Həm Əliyar, həm də Fərid təyinat sayında önə çıxıblar. Onlar bu mövsüm 11-ci dəfə baş hakim kimi iş başında olublar. Beləliklə, hakimlikdə "ikihakimiyətlik" yaranıb. Hesablarında 10 oyun olan Kamal Umudlu, Rauf Cabarov və Cavid Cəlilov isə liderlərin ən yaxın izləyiciləridir.
19-cu turda hakimlər 1-i "qırmızı" olmaqla, cəmi 26 vərəqədən istifadə ediblər. Bu turda Əliyar Ağayev "Neftçi"nin müdafiəçisi Elvin Bədəlovu ikinci xəbərdarlıqdan sonra meydandan qovub.
Hakimlər 26 vərəqədən 16-nı (1-i qırmızı) meydan sahiblərinə, 10-nu isə qonaq komandanın oyunçularına göstəriblər.
Beləliklə, 19 turun yekununda sarı vərəqə sayı 461-ya çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 12 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 473-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,9, hər oyunda 4,2 vərəqə deməkdir.
On doqquz tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 65 vərəqədən istifadə edib ki, bunun 5-nin rəngi qırmızı olub. Onu 3-ü qırmızı olmaqla, 46 vərəqədən yararlanan Kamal Umudlu təqib edir.
Əliyar Ağayev - 11 oyun
meydan sahibi 29 sarı 4 qırmızı
qonaqlar 31 1
cəmi: 60 5
Fərid Hacıyev - 11 oyun
meydan sahibi 23 1
qonaqlar 12 0
cəmi: 35 1
Kamal Umudlu - 10 oyun
meydan sahibi 22 3
qonaqlar 21 0
cəmi: 43 3
Rauf Cabarov - 10 oyun
meydan sahibi 17 0
qonaqlar 20 1
cəmi: 37 1
Cavid Cəlilov - 10 oyun
meydan sahibi 14 0
qonaqlar 21 0
cəmi: 35 0
Tural Qurbanov - 9 oyun
meydan sahibi 21 1
qonaqlar 21 0
cəmi: 42 1
Elçin Məsiyev - 9 oyun
meydan sahibi 17 0
qonaqlar 20 0
cəmi: 37 0
İnqilab Məmmədov - 8 oyun
meydan sahibi 16 0
qonaqlar 20 0
cəmi: 36 0
Rəşad Əhmədov - 8 oyun
meydan sahibi 14 0
qonaqlar 22 0
cəmi: 36 0
Rəvan Həmzəzadə - 8 oyun
meydan sahibi 16 0
qonaqlar 16 1
cəmi: 32 1
Kamranbəy Rəhimov - 7 oyun
meydan sahibi 9 0
qonaqlar 14 0
cəmi: 22 0
Əli Əliyev - 5 oyun
meydan sahibi 10 0
qonaqlar 10 0
cəmi: 20 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Vüqar Həsənli - 2 oyun
meydan sahibi 1 0
qonaqlar 1 0
cəmi: 2 0
Mirağa