AZ

Şalva Papuaşvili: Gürcüstanda zorakılıq Avropanın adı ilə həyata keçirilir

BAKI, 11 fevral. TELEQRAF

“Avropa İttifaqının (Aİ) bayrağı müxalifətin əlində olduqca, zorakılıq da olacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spiker bildirib ki, bu gün Gürcüstanda Avropa adı ilə zorakılıq həyata keçirilir:

“Bütün Gürcüstan 2024-cü ilin utancverici bəyanatını, İsveç parlamentinin komitə sədrinin radikal müxalifəti “Maydan” təşkil etməyə çağırmasını xatırlayır. “Maydan” nə deməkdir? Onlarla insanın ölümü və qanlı çevriliş deməkdir.

O, sadəcə parlament üzvü və ya komitə sədri deyil, İsveçin hazırkı xarici işlər nazirinin rəhbərlik etdiyi partiyanın üzvüdür. Həmin partiyanın gənclər qanadı “Molotov” kokteyli atanlara, Uça Abaşidzeyə mükafat verib. Bu, Avropanın mədəni və dəyərlər böhranı yaşadığını göstərir.

Bunun nəticəsidir ki, bu gün Gürcüstanda zorakılıq Avropanın adı ilə həyata keçirilir. Avropa İttifaqının bayrağı müxalifətin əlində olduqca, zorakılıq da olacaq. Təəssüf ki, Brüsseldə Avropa İttifaqı bayrağı zorakılıqla eyniləşdirilib”.

Seçilən
24
teleqraf.com

1Mənbələr