Qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Hacıəliyev Afiqin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatıça görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Qurban Abbasov şahid qismində ifadə verib.
"Gecə saat 3 radələri idi. 3 nəfər içəri girdi. Mən onlara dedim ki "playstation" bağlıdır. Xahiş etdi ki, pivə içib gedirik. Yarım saatdan sonra çaxnaşma düşdü. Kamerada gördüm ki, mərhum yerə yıxıldı. Amma qarşı tərəfin əlində bıçaq olduğunu görmədim. Mən görəndə ancaq dalaşırdılar. Çöldən pəncərə sınmışdı. Dava zamanı sınan əşyalar çox idi. Orada ümumilikdə 6 nəfər var idi".
Şahid qismində ifadə verən Rasim Ömərov mərhumu şəxsən tanımadığını Qeyd edib:
"Gecə 12 üçün Afiq və Natiqlə kafeyə getdik. Kafeyə çatanda Afiqlə mərhum Turan mübahisə etdi. Afiqin Hacıəliyevin əlində bıçaq var idi. Mərhumun da əlində bıçaq gördüm. Bütün hadisə kafenin içində baş verib. Rafiq bir bıçaq zərbəsini çiynindən, digərini isə ayağından almışdı".
Məhkəmənin növbəti iclası martın-nə təyin edilib.
Xatırladaq ki, ötən il Bakı ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, ölümünə səbəb olub. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu