AZ

Qumral: “Cəmiyyət ancaq qadına daş atır”

Son zamanlar ifalarından çox  şəxsi həyatı  ilə  gündəm olan Qumral Musayevanın açıqlaması müzakirələrə səbəb olub.

Adalet.az xəbər verir ki, xanım müğənnilərin müdafiəsinə qalxıb:

“Əgər bir kişi qadına pul xərcləyirsə, bunun günahı qadında deyil. Heç kəs sözümü səhv anlamasın. Ancaq reallıq budur ki, müğənniləri restoranda, kabinetlərdə oxudub, onlara pul verirlər. Bu normaldır. Çünki müğənninin peşəsi oxumaqdır. Müğənniyə pul xərcləməyi niyə pis qəbul edirlər?  Məgər müğənni  adam deyil? 

Bir kişi qadına yaxınlaşırsa, hamı qadını qınayır. Ancaq heç kəs kişidə səhv tutmur. Axı heç bir qadın kişini güclə yanında saxlamır. Bu da bir reallıqdır. Ancaq nədənsə bizim cəmiyyət ancaq qadına daş atır”.

Əntiqə

Seçilən
14
1
adalet.az

2Mənbələr