AZ

Türkiyənin məşhur aktyoru qəfil öldü

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyəli tanınmış aktyor Kanbolat Görkem Arslan vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, evində vəziyyəti pisləşən aktyor xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxana onun ölüm səbəbi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, aktyor Kanbolat Görkem Arslan "Çəmbərimdə gül oya", "Poyraz Karayel", "Bir dəli rüzgar" kimi filmlərdə canlandırdığı rolları ilə tanınırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
axar.az

2Mənbələr