AZ

"Süni sözü Azərbaycan cəmiyyətində bir qədər fərqli qarşılanır" - Zahid Oruc

“Süni zəka məhsulları son 3 ildə müəssisələrin həyatında 60-65 faiz işləklik qazanıb. Süni sözü Azərbaycan cəmiyyətində bir qədər fərqli qarşılanır”.

Redaktor.az xəbər verir ki, bunu deputat Zahid Oruc “Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda keçirilən konfransında səsləndirib.

“On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz geri qalmamalıyıq. Dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in arxasınca gedirik. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.

Aytəkin TOFİQQIZI

Seçilən
62
1
redaktor.az

2Mənbələr