AZ

Prezident öldürüləcəyindən qorxub: Fəlakət bölgəsinə getməyib

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kolumbiya Prezidenti Qustavo Petro sel fəlakətindən zərər görən Karib bölgəsindəki Kordoba departamentinə planlaşdırılandan gec getmək məcburiyyətində qalıb. 

Buna səbəb uşaqları ilə birlikdə səyahət etdiyi helikopterə qarşı sui-qəsd təşkil oluna biləcəyi ilə bağlı narahatlıq olub.

"Cebheinfo.az" xəbər verir ki, Petro sosial media hesabındakı paylaşımında selin təsir etdiyi Kordoba inzibati bölgəsinin Monteriya şəhərinə özünə qarşı mümkün sui-qəsd təhlükəsi səbəbindən gecikmə ilə getdiyini vurğulayıb.

Sui-qəsdlə bağlı kəşfiyyat məlumatı əsasında marşrutu dəyişdirdiyini qeyd edən Petro deyib: 

“Burada etiraf etməliyəm ki, son 2 günü sevginin qucağında deyil, öldürülməmək üçün qaçaraq keçirdim. Bu səbəbdən səhər enməli olduğum yerə enə bilmədim. 

Çünki helikopterə atəş açılacağına dair məlumat var idi, üstəlik uşaqlarım da yanımda idi. Mən də bildiyimi etdim, açıq dənizə yönəldik, 4 saat uçduq və enməməli olduğum bir yerə endim, amma bir şəkildə endim”.

Petro sosial media paylaşımlarında şəhərdə keçirdiyi gəzinti zamanı vətəndaşlarla çəkdirdiyi bəzi fotoları da yayımlayıb.

Yerli medianın məlumatına görə, Petro sel fəlakətindən zərər görən Monteriya şəhərinə Sakit okeanda yerləşən Qorqona adasından yola düşüb və bölgəyə təxminən 2 saat gecikmə ilə çatıb.

7 avqust 2022-ci ildə prezident vəzifəsinin icrasına başlayan Petro özünə qarşı sui-qəsd planı iddialarını bir neçə dəfə gündəmə gətirib və bu məsələdə narkotik kartellərinə işarə edib.

Petro 2024-cü ilin sentyabrında isə ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Boqotadakı səfiri vasitəsilə ilin sonuna qədər dinamitlə yüklənmiş yük maşını ilə həyata keçirilməsi planlaşdırılan mümkün sui-qəsd cəhdi barədə xəbərdarlıq etdiyini açıqlamışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr