AZ

Ukraynada prezident seçkiləri bu tarixdə baş tuta bilər - Zelenski açıqlayacaq

Ukrayna Prezidenti  Vladimir Zelenski 24 fevralda prezident seçkilərinin və referendumun təşkili ilə bağlı planı açıqlayacaq. Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə "Financial Times"  qəzeti Ukrayna və Avropa rəsmilərinə istinadən məlumat yayıb. Xəbərə görə, Ukrayna artıq Rusiya ilə mümkün sülh müqaviləsi ilə bağlı referendumla yanaşı, prezident seçkiləri planlaşdırmağa başlayıb . Amerika prezidenti Donald Tramp artıq Ukraynada  seçkilərin nə vaxtsa keçirilməli olduğunu bildirmişdi. D.Trampın Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq bunu 1 fevralda "Reuters" agentliyinə verdiyi müsahibədə qeyd etmişdi : "Əksər demokratik ölkədə seçkilər müharibə dövründə keçirilir. Düşünürəm ki, onların keçirilməsi vacibdir. Bu, demokratiya üçün yaxşıdır".

Qeyd edək ki, 24 fevral 2022-ci il işğalından bəri davamlı olaraq qüvvədə olan hərbi vəziyyət seçkilərin keçirilməsinə mane olur. 10-12 noyabr 2023-cü il tarixlərində görüşən Ukrayna siyasi partiyaları  hərbi vəziyyətin bitməsindən altı ay sonra seçkilər təşkil etmək barədə razılığa gəliblər.

Aydın Baxış

Seçilən
4
bakivaxti.az

1Mənbələr