AZ

Həmin sənəddə rusdillilərlə bağlı bənd vardı, sonra çıxarıldı

Ukrayna və bir sıra Avropa ölkələri müharibənin həlli ilə bağlı ABŞ-ın təşəbbüsünü təhrif ediblər.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya tərəfi sənədin orijinal versiyası ilə tanışdır. Lavrovun iddiasına görə, sənəddə Ukraynada rusdillilərin və rusların milli azlıq kimi hüquqlarının bərpası ilə bağlı bənd olub. O qeyd edib ki, bu bənd ABŞ-ın Avropa və Ukrayna nümayəndələri ilə danışıqlarından sonra ortaya çıxan sonrakı versiyalarda yoxdur.

Nazir dəyişikliklərin Kiyev və onun Qərb müttəfiqlərinin - Britaniya, Almaniya və Fransa - təzyiqi nəticəsində aparıldığını söyləyib.

Seçilən
1
publika.az

1Mənbələr