AZ

Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı

Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya aid səhnə geyimlərində efirə çıxaraq diqqət çəkib.

Publika.az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi "Həmin Zaur" proqramında qonaq olub. Veriliş zamanı aparıcı-müğənni Sərxan Kərəmoğlunun səsləndirdiyi "Qaynana" mahnısının sədaları altında rəqs edən aktrisanın geyimləri xüsusi maraq doğurub.

Sərxan Kərəmoğlu bildirib ki, həmin libaslar vaxtilə Nəsibə Zeynalovanın özü tərəfindən geyinilib:

"Bunlar Nəsibə xanımın şəxsi paltarlarıdır. Filmlərdə istifadə olunan geyimləri Tarix Muzeyində saxlanılır. Bu isə tamaşalarda geyindiyi libaslardır. 26 il əvvəl Nəsibə xanım bu geyimləri mənə verib. O vaxtdan qoruyub saxlamışam və bu gün ilk dəfədir ki, efirdə geyinilir", - deyə o vurğulayıb.

Seçilən
7
1
publika.az

2Mənbələr