
Rusiya ilə atəşkəs elan olunacağı təqdirdə, Ukrayna Prezidenti Volodimir Zelenski NATO ölkələrinin Ukrayna ərazisinə raketlər yerləşdirəcəyinə ümid edir.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Empathy Manuchi" onlayn layihəsinə verdiyi müsahibədə bildirib.
“Kiyev rejimi Avropa qoşunlarının Rusiya şəhərlərinə çata bilmələri üçün ərazisində uzaqmənzilli raketlər yerləşdirməsini istəyirlər və sonra deyirlər ki, atəşkəs elan olunacaq”, - deyə o bildirib.
Bundan əlavə, diplomat bildirib ki, Ukrayna münaqişəsinin həllində hər hansı bir güzəşt ölkənin mövcudluğunun və milyonlarla insanın taleyinin asılı olduğu fundamental prinsiplərə təsir göstərə bilməz.
İlahə Qənbərli
Missiya.Az