AZ

Nazir müavini: Azərbaycan və Türkiyə arasında elektron imzaların tanınması başa çatdırılıb

Bakı, 11 fevral, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyəsinin inteqrasiyası texniki baxımdan tam başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda prosesin tamamlanması üçün zəruri normativ-hüquqi sənədlərin birgə işlənməsi istiqamətində iş aparılır.

Nazir müavini qeyd edib ki, forumda Türkiyədən 70-yə yaxın şirkət iştirak edir və əsas məqsəd konkret layihələr üzrə tərəfdaşlıqların formalaşdırılmasıdır. O vurğulayıb ki, B2B görüşlərin real müqavilələr və uzunmüddətli əməkdaşlıqlarla nəticələnməsi gözlənilir.

Seçilən
9
1
azertag.az

2Mənbələr