AZ

FT: Zelenski Ukraynada seçkilərin keçirilməsi barədə qərarı fevralın 24-də elan edə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərinin və Ukrayna münaqişəsinin həllinə dair referendumun keçiriləcəyi haqda qərarı fevralın 24-də elan edə bilər.

APA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadən yazıb.

Anonim Qərb rəsmisinin sözlərinə görə, “ukraynalılar möhkəm inanırlar ki, bütün bu tədbirlər Zelenskinin yenidən seçilməsi ilə bağlı olmalıdır”.

Nəşr yazır ki, Tramp administrasiyası Ukrayna liderinə həm seçkiləri, həm də referendumun mayın 15-dək keçirilməsini tələb edib, əks halda təhlükəsizlik zəmanətlərini itirə biləcəkləri barədə xəbərdarlıq edib.

Seçilən
1
1
apa.az

2Mənbələr