AZ

Zelenski Ukraynada prezident seçkilərinin tarixini açıqlayacaq

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ukrayna hökuməti prezident seçkilərinə və Rusiya ilə mümkün sülh müqaviləsinin imzalanması ilə bağlı referendum hazırlıqlarına başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times”ın məqaləsində qeyd olunur.

Nəşr yazır ki, seçkilərin 15 maya qədər keçirilməsi planlaşdırılır. İddialara görə, ABŞ Ukrayna müharibəsinin yaza qədər bitirilməsinə çalışır. Bu səbədən Kiyevə təzyiqləri artırıb və nəticədə seçkilərlə bağlı tarix müəyyən edilib.

Prezident Volodimir Zelenskinin fevralın 24-də seçkilərlə bağlı ictimaiyyətə açıqlama verəcəyi güman edilir.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr