AZ

“World Defence Show 2026” sərgisi çərçivəsində fəal müzakirələr aparılır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” sərgisi davam edir.

Tədbirdə iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin Hüseyn Əl-Biyari, Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev, Pakistan Müdafiə İstehsalatı Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin Amerika Birləşmiş Ştatlarının “General Dynamics”, “Teledyne-FLIR” və “Ansys” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə istehsal gücü ilə deyil, eyni zamanda, elmi əsaslar, innovativ texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı qeyd olunub. Texnoloji yeniliklərin izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların bu prosesdə mühüm rol oynadığı bildirilib.

Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar üzərində qurulmasının əhəmiyyətinə toxunulub.

Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
6
azertag.az

10Mənbələr