AZ

Ukraynada seçki və referendum tarixi müzakirə olunur

Ukraynada prezident seçkilərinin və Rusiya ilə sülh razılaşmaları üzrə referendumun keçirilməsinin planlaşdırmasına başlanılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-ü ölkədə seçkilərin və referendumun keçirilməsi ilə bağlı planları elan edə bilər. Bu addımın ABŞ administrasiyasının təzyiqi altında atıldığı bildirilir.

Hər iki səsvermənin mayın 15-dək keçirilməsi nəzərdə tutulur.

Qəzet iddia edir ki, əgər səsvermə 15 maya qədər baş tutmasa, Ukrayna ABŞ-nin təhlükəsizlik zəmanətlərindən məhrum ola bilər.

"Cebheinfo.az"

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr