AZ

Kobaxidze: "Avropa bürokratiyası ikili standartlar nümayiş etdirir" – ÖZƏL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı strukturlarını qeyri-ardıcıl siyasətdə və "ikili standartlar" tətbiq etməkdə ittiham edib. 

Olaylar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən hökumət başçısı, Avropanın Rusiya ilə birbaşa dialoqa başlamaq meylləri fonunda Gürcüstana qarşı fərqli münasibət bəslədiyini vurğulayıb.

Kobaxidze qeyd edib ki, Avropa bürokratiyası artıq Rusiya ilə birbaşa təmasların zəruriliyindən açıq şəkildə danışmağa başlayıb. Lakin eyni zamanda, "Gürcüstan Rusiyayönümlü ölkədir" bəhanəsi ilə rəsmi Tbilisi ilə birbaşa dialoq hələ də bərpa olunmayıb.

Baş nazir Avropa institutlarında siyasi standartların ciddi şəkildə aşağı düşdüyünü bildirib. Kobaxidze ümid etdiyini bildirib ki, Rusiya ilə birbaşa təmaslar bərpa edildikdən sonra, Avropa tərəfi Gürcüstanla da normal dialoq qurmağa "cürət edəcək".

"Görün Avropa bürokratiyasında standartlar necə aşağı düşüb. Ümid edirəm ki, Rusiya ilə birbaşa dialoqu bərpa etdikdən sonra, Gürcüstanla da dialoqu bərpa etməyi bacaracaqlar," - deyə Baş nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr