Naxçıvanın uzunömürlü sakinlərindən olan 101 yaşlı Vəli Qasımov vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, II Dünya müharibəsinin sağ qalmış azsaylı iştirakçılarından olan V.Qasımov yaşadığı Culfa rayonunun Xanəgah kəndində dünyasını dəyişib.
Qeyd edək ki, V.Qasımov Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun yaxın qohumudur. 2025-ci ilin statistik məlumatlarına görə, Azərbaycanda II Dünya müharibəsində iştirak etmiş şəxslərdən 16 nəfər sağ idi.
"Cebheinfo.az"