ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
QOL.az xəbər verir ki, siyahıda 502 klub yer aıb. Onların arasında Azərbaycanın 4 təmsilçisi var.
"Qarabağ" əvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyib. Ağdam təmsilçisi 200 xalla 60-cıdır.
Misli Premyer Liqasının lideri "Sabah" 96 xalla 224-cü sıradan 211-ci pilləyə yüksəlib.
"Zirə" 63 xalla 418-ci, "Araz-Naxçıvan" isə 59 xalla 468-cidir.
Siyahıya 595 xalla PSJ liderlik edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.