İkincisi, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyən dövlətlərimiz strateji tərəfdaşa çevrilirlər.
Üçüncüsü, tərəflərin Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürmələrini bəyan etmələri dünya iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya sistemində Azərbaycanın artan rolunu göstərir.
Dördüncüsü, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyəti qəbul edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanın öz təbii qazı ilə enerji təhlükəsizliyini təmin etdiyi 16 ölkədən 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bunun nə demək olduğu da aydındır.
Nəhayət, ABŞ hökuməti ölkəmizin mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizləmə sahəsində potensialın artırılmasında əməkdaşlıq edəcəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31