AZ

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi WDS-2026 sərgisində fəal müzakirələr aparır

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” (WDS-2026) sərgisi davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 10-da Səudiyyə Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin Hüseyn Əl-Biyari, Özbəkistan Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev, Pakistan Müdafiə İstehsalatı Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin Amerika Birləşmiş Ştatlarının “General Dynamics”, “Teledyne-FLIR” və “Ansys” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə istehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativ texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərin izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların bu prosesdə mühüm rol oynadığı bildirilib.

Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar üzərində qurulmasının əhəmiyyətinə toxunulub.

Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də başa çatacaq.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

01KH5JT8G8CEXHX9RZ9S388VFT

01KH5JT8GFE7RBZF71BB7Z7RV3

01KH5JT8GH80YM97TN9XNYQEW7

01KH5JT8GS1V7V3XPGASQ56GZZ

Seçilən
14
6
poliqon.az

10Mənbələr