AZ

Nərimanın getdiyi klubu və şəhəri tanıyaq: Komandada erməni də var

Azərbaycan millisinin və "Qarabağ"ın ulduzu Nəriman Axundzadə karyerasında yeni bir səhifə açdı. İstiqamət isə uzaq ABŞ – MLS Liqasıdır. Bəs Nərimanın transfer olunduğu “Kolumbus Kryu” necə bir klubdur? Sadəcə bir MLS təmsilçisi, yoxsa... Gəlin Nərimanın yeni komandasını yaxından tanıyaq.

1994-cü ildə qurulan “Kolumbus Kryu” MLS-in ilk 10 komandasından biridir. Yəni liqanın qurucularından hesab olunur. Ohayo ştatını təmsil edən klub, ABŞ futbol tarixində xüsusi bir yerə sahibdir. Onlar ölkədə xüsusi olaraq futbol üçün inşa edilmiş ilk stadionu tikən klub kimi tarixə düşüblər. Ləqəbləri rənglərinə uyğun olaraq “The Black & Gold” (Qara və Qızıl) və ya “The Crew”-dur (Ekipaj). Nərimanın yaşayacağı Kolumbus Ohayo ştatının paytaxtıdır, gənclərin üstünlük verdiyi, sakit amma inkişaf etmiş bir şəhərdir.

Columbus

Nəriman Axundzadə sıradan bir orta səviyyəli kluba getmir. O, hazırda ABŞ-nin ən güclü formaya malik komandalarından birinə qoşulur. “Kolumbus Kryu” son illərdə əsl qızıl dövrünü yaşayır. Komanda 2023-cü ildə MLS-in çempionu olub. Bir il sonra isə Şimali Amerika klubları arasında keçirilən Liqa Kuboku turnirinin qalibi olub. Komanda həmin il KONKAKAF Çempionlar Kubokunun finalçısı da olub. Qitənin ən nüfuzlu turnirinin həlledici görüşündə Meksika təmsilçisi “Paçuka”ya 0:3 hesabı ilə məğlub olublar.

Columbus

Seçilən
10
publika.az

1Mənbələr