AZ

Kanadada orta məktəbdə silahlı hücum - 10 ölü, 25 yaralı

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tamblır Ric şəhərində yerləşən orta məktəbdə silahlı hücum olub.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər həlak olub, 25 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə daxil olan polis əməkdaşları binada çoxsaylı cəsəd aşkarlayıb. Hücumçu olduğu ehtimal edilən şəxs də ölü tapılıb.

Hadisədən sonra Tamblır Ricdəki orta və ibtidai məktəblər həftənin sonunadək bağlanıb. 

Milli.Az

Seçilən
8
1
milli.az

3Mənbələr