AZ

“Qarabağ” “Sabah”ın uzaqlaşmasına imkan vermədi, “Neftçi”nin dirçəlişi davam edir – Tura baxış

Misli Premyer Liqasının XIV turu sürprizsiz başa çatdı. “Sabah” “Araz Naxçıvan”ı Masazıra gəlməyinə peşman etdisə, “Qarabağ” Şamaxı səfərindən vacib 3 xalla döndü. “Neftçi” də “Qəbələ”ni minimal hesabla məğlub etməyi bacardı. “Zirə”nin Sumqayıtda qazandığı qələbənin də əhəmiyyəti xeyli böyükdür. “Turan Tovuz” isə “Karvan-Yevlax”ı sönük oyunla üstələməyi bacardı.

"Sabah" – "Araz-Naxçıvan" 4:1
Qollar:
Umarali Raxmonaliyev, 9-pen. Aron Maluda, 11, Xəyal Əliyev, 16; 68 - Felipe Santos, 87
"Sabah": 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

“Sabah” dayanmaq fikrində deyil. Turnir cədvəlinin lideri bu dəfə “Araz Naxçıvan”ı üstələdi, özü də böyük hesabla. “Araz Naxçıvan” yeni baş məşqçisinin rəhbərliyi altında qələbəyə həsrət qalıb. Artıq 9-cu dəqiqədə Umarali penalti zərbəsiylə meydan sahiblərini önə keçirdi. İki dəqiqə sonra tabloda 2:0 hesabı əks olundu. Heç beş dəqiqə keçmədi ki, “Sabah” 3-cü qolu vurdu. Hesabı 3:0-a çatdıran “bayquşlar” nisbətən sakitləşdi. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqlənməklə yekun hesabı müəyyənləşdirdilər – 4:1.
“Qarabağ”la xal fərqini qorumağı bacaran “Sabah” 46 xalla 1-ci pilləni tutur. Böhranda olan “Araz Naxçıvan” isə 27 xalla 6-cı pilləylə kifayətlənib.

"Sumqayıt" – "Zirə" 2:3 
Qollar:
Nikola Ninkoviç, 26. Aleksandr Ramalinqom, 50 - Davit Volkov, 24. Qismət Alıyev, 36. Giorgi Papunaşvili, 88.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 7. Rüstəm Əhmədzadə, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 19. Rüfət Abdullazadə, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 43. Əhliman Süleymanzadə, 26. Stefan Aka, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıtdakı görüş də turun ən məhsuldar qarşılaşmalarından oldu. Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar"ın hesabda iki dəfə önə çıxmasına baxmayaraq, "gənclik şəhəri" təmsilçisi hər dəfə tarazlığı bərpa edə bildi. Ancaq meydan sahiblərinin Papunaşvilinin son dəqiqələrə təsadüf edən 3 xallıq qolunun cavabını verməyə vaxtı çatmadı. Beləliklə, "Zirə" kuboku da nəzərə alsaq, 6 oyunluq qələbəsiz seriyaya son qoydu. 
 
"İmişli" – "Kəpəz" 0:0 
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 79. Dioqo Kardozu.
Baş məşqçi: Jorje Kaşkilya.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 12. Mahamadu Ba.
Baş məşqçi: Azər Bağırov.

Bu tura qədər “Kəpəz”in iştirakı ilə keçirilən oyunlarda heç-heçə qeydə alınmamışdı. İlk belə hal Qubada yaşandı. Şimal bölgəsində aran və qərb rayonlarını təmsil edən komandaların oyununda qapılara qol vurulmadı. Sözsüz ki, bu “quru” hesabda meydanın yararsız vəziyyətdə olması da böyük rol oynadı. Əsas hədəfi Premyer Liqadakı yerini qorumaq olan “İmişli” və “Kəpəz” üçün bu bir xal da qənimət sayılmalıdır.
19 xallı “İmişli” 9-cu pillədədirsə, 11-ci yerdəki “Kəpəz”in 13 xalı var.

"Turan Tovuz" – "Karvan-Yevlax" 1:0
Qol:
Alexandro Serrano-pen, 15.
“Turan Tovuz”: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 90. Joarlem Santos, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdiyev.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 42. İbrahim Qədirzadə, 17. Samir Abdullayev, 8. Peter Kings, 10. Samuel Durrant, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.

“Turan Tovuz” “Azərsun Arena”da aktivinə 3 xal əlavə etsə də, çətin ki, sərgilənən oyun tovuzlu futbolsevərlərin ürəyincə olsun. Heç şübhəsiz ki, onlar autsayderlə oyunda Berdıyevin yetirmələrindən daha aktiv oyun və bol qollar gözləyirdi. Amma bu gözləntilər özünü doğrultmadı. “Turan Tovuz” nominal qonaqların qapısına cəmi bir dəfə yol tapdı. O qol da 15-ci dəqiqədə penaltidən vuruldu. Qol epizodundan başqa qalan dəqiqələrdə “Turan Tovuz” rəqibin qapısı önündə heç bir təhlükəli epizod yarada bilmədi. Beləcə 15-ci dəqiqədə vurulan penalti qolu oyunda yeganə oldu.
Bir oyunu ehtiyatda olan “Turan Tovuz” 33 xal toplayıb və bu xalların sayəsində qərb təmsilçisi üçüncü sırada qərarlaşıb. Sonuncu yerdən qurtula bilməyən “Karvan-Yevlax”ın cəmi 6 xalı var.

“Şamaxı” – “Qarabağ” 1:2 
Qollar:
Oruc Məmmədov, 15 - Xoni Montiel, 18. Kamilo Duran, 90+3.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 4. Ravil Qafarov, 90. Davud Mənsumov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” Şamaxıda xeyli çətin, o qədər də vacib üç xal qazandı. Ayxan Abbasovun yetirmələri “köhlən atlar”la sona qədər “döyüşə” bildilər. Özü də qarşılaşmada ilk qolu da “Şamaxı” vurmuşdu. Oruc Məmmədov 15-ci dəqiqədə fərdi ustalığını nümayiş etdirdi və Koxalski topu tordan çıxarmalı oldu. Cəmi üç dəqiqə sonra Montiel hesabı bərabərləşdirsə də, üçüncü qolu gözləmək üçün xeyli gözləmək lazım gəldi. Kamilo Duran oyuna əlavə olunmuş 3-cü dəqiqədə “Qarabağ”a həyat verən qolu “Şamaxı”nın qapısından keçirdi.
42-ci xalını qazanan “Qarabağ” ikinci pillədədir. 8-ci sırada qərarlaşan “Şamaxı”nın 23 xalı var.

“Neftçi” – “Qəbələ” 1:0 
Qol:
Emin Mahmudov, 12.
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 47. Murad Məmmədov, 77. Falaye Sako, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 19. Ağadadaş Salyanski, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 27. Kristian Kostin, 70. Andrey Ştoqrin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
“Qəbələ”: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 70. Paulo Quimbila.
Baş məşqçi: Kaxaber Tsxadadze.

“Neftçi”ni də bu turun qalibləri sırasına yazmaq lazımdır. Hərgah ki, bu qələbə “ağ-qaralar”a xeyli çətin başa gəldi. Emin Mahmudov 12-ci dəqiqədə hesabı açanda çoxları “Neftçi”nin böyükhesablı və rahat qələbə qazanacağını düşünürdü. Amma “Neftçi” xüsusiylə ikinci hissədə təşəbbüsü qonaqlara verdi. “Qəbələ” son dəqiqələrdə əla qol fürsətini qaçırmasaydı, qələbə də əldən gedəcəkdi. Bəxtin də yardımı ilə “Neftçi” qələbə hesabını qoruya bildi. Qeyd edək ki, Elvin Bədəlovun meydandan qovulmasıyla meydan sahibləri görüşü azlıqda başa vurdu.
“Araz Naxçıvan”a çatan “Neftçi” 27 xalla yeddincidir. 14 xalı olan “Qəbələ” isə 10-cu pillədə yer alır.

Amal Abuşov

Seçilən
4
fanat.az

1Mənbələr