AZ

Yeni Mumiya filmi 2028 ci ildə ekranlara çıxacaq

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Hollivud kino sənayesində böyük nüfuz qazanmış "Universal Pictures" studiyası məşhur kinoaktyor Brendan Freyzer və aktrisa Reyçel Vaysla "Mumiya" filminin dördüncü hissəsində əsas rollarda çəkilmələri üçün müqavilə bağlayıb.

Reyting.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Hollivudun "Universal Pictures" kino studiyası həm də sosial şəbəkələrdə adı çəkilən aktyorların iştirakı ilə 1999-cu ildə lentə alınmış ilk "Mumiya" filmindən fotolarını "Ata və ana geri döndü" qeydi ilə paylaşıb.

Xatırladaq ki, Freyzer "Mumiya"nın ilk üç filmində, Vays isə ilk iki ekran əsərində rol almışdı.

Bu filmin rejissorları Mett Bettinelli-Olpin və Tayler Cillett olacaq. Yeni bölümü lentə alınacaq "Mumiya" filminin ilk nümayişi 2028-ci ilin may ayının 19-a planlaşdırılıb.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
reyting.az

1Mənbələr