AZ

WhatsApp da yenilik: Səsli və videozənglər artıq brauzer üzərindən mümkün olacaq

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"WhatsApp" xidmətin veb-versiyasında birbaşa səsli və videozəng funksiyasını mərhələli şəkildə istifadəyə verməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, istifadəçilər tətbiqi quraşdırmadan və smartfona qoşulmadan brauzer vasitəsilə zəng edə biləcəklər.

İlkin mərhələdə funksiya yalnız şəxsi çatlarda və "WhatsApp"ın "beta" proqramında iştirak edən istifadəçilərin bir hissəsi üçün istifadə imkanı verəcək. Geniş auditoriya üçün tam istifadəyə verilməsi isə yaxın həftələrdə gözlənilir.

"WABetaInfo"nun məlumatına görə, bu imkanın hazırlanması təxminən bir il davam edib. Bu müddətdə "WhatsApp" veb-versiyanın interfeysini yenidən işləyərək onu masaüstü tətbiqə demək olar ki, tam uyğun hala gətirib.

Şirkət brauzer üzərindən zəng funksiyalarını daha da genişləndirməyi planlaşdırır. Gələcəkdə 32 nəfərə qədər iştirakçının qoşula biləcəyi qrup səsli və videozəngləri, həmçinin zəng linkləri və planlaşdırılmış zənglər funksiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda bu imkanlar test mərhələsindədir.

Bundan əlavə, "WhatsApp Web"də gələcəkdə ekran paylaşımı funksiyasının da istifadəyə verilməsi gözlənilir. Bu xüsusiyyət istifadəçilərə videozəng zamanı sənədləri, təqdimatları və digər məzmunu birbaşa brauzer vasitəsilə nümayiş etdirməyə imkan verəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
icma.az

1Mənbələr