AZ

Azərbaycan Ər-Riyaddakı hərbi sərgidə fəal müzakirələr aparır (FOTO)

Bakı.Trend:

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən“World Defence Show 2026” sərgisi davam edir.

Trend xəbərverir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasınınmüdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 10-da SəudiyyəƏrəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləzizəl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid binHüseyn Əl-Biyari, Özbəkistan Respublikasının Müdafiə Nazirliyiyanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjonİbodullayev, Pakistan İslam Respublikası Müdafiə İstehsalatıNazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin AmerikaBirləşmiş Ştatlarının “General Dynamics”, “Teledyne-FLIR” və“Ansys” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələrinəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.

Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcəistehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativtexnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığıvurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsininstrateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərinizlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılmasıbu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimidəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumlarınbu prosesdə mühüm rol oynadığı bildirilib.

Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslarüzərində qurulmasının əhəmiyyətinə toxunulub.

Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyinivurğulayıblar.

Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-dəbaşa çatacaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
24
6
az.trend.az

10Mənbələr