AZ

Qərb bölgəsinə güclü qar yağıb

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Göygölə güclü qar yağıb.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından yağmağa başlayan qarın hələ də davam edir.

Rayonun Toğanalı, Çaykənd, Zurnabad və digər ucqar kəndlərinə 20-25 sm metr qar yağıb. Hazırda bəzi ucqar kəndlərdə işığın verilməsində fasilələr yaranıb. Bundan başqa Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda magistralın qarlı, buzlu olmasına görə avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Onu da qeyd edək ki, ötən gecə Gəncə şəhərində də qar yağıb. Xatırladaq ki, qərb bölgəsinin əhatə etdiyi, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Goranboy və digər rayonların ucqar kəndlərinə güclü qar yağıb.

Hazırda qarın yağması davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
8
icma.az

9Mənbələr