AZ

Məşhur müğənni 20 min pensiya pulu ALIR

90-cı illərin məşhur türkiyəli ifaçısı Hakan Peker qatıldığı televiziya verilişində təqaüdə çıxması və aldığı pensiya ilə bağlı səmimi etiraflar edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi təqaüd qərarının onun üçün psixoloji baxımdan olduqca çətin keçdiyini bildirib.

65 yaşlı müğənni uzun müddət "təqaüdçü" anlayışını qəbul edə bilmədiyini deyib. O, bu prosesi "Dövlət məni təqaüdə göndərdi" sözləri ilə xarakterizə edərək, təqaüdün insana sanki "artıq sizdən gözlənti yoxdur" mesajı verdiyini düşündüyünü vurğulayıb. Peker bu səbəbdən özünü cəmiyyətdən təcrid olunmuş kimi hiss etdiyini etiraf edib.

İfaçı bildirib ki, bir müddət bu statusdan yayınmaq üçün sığorta ödənişlərini bilərəkdən gecikdirib. Onun sözlərinə görə, təqaüdə çıxmamaq üçün daxili psixoloji müqavimət göstərsə də, sonda prosesin qaçılmaz olduğunu anlayıb.

Hakan Peker ilk dəfə olaraq aldığı aylıq pensiyanın məbləğini də açıqlayıb. Müğənni hazırda 20 min türk lirəsi (təxminən 779 manat) təqaüd aldığını qeyd edib.

Hüseyn
Milli.Az

Seçilən
43
2
milli.az

3Mənbələr