AZ

Məktəbdə silahlı atışma:10 ölü

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tambler-Ric şəhərində yerləşən orta məktəbdə baş verən silahlı insident nəticəsində azı 10 nəfər həyatını itirib.

Redaktor.az bu barədə CBC telekanalına istinadla xəbər verir.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, hadisə yerinə gələn əməkdaşlar məktəb binasında altı nəfərin meyitini aşkarlayıblar. Daha bir yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. CBC-nin məlumatına əsasən, hadisə ilə əlaqəli olduğu ehtimal edilən başqa bir məkanda isə daha iki nəfərin cəsədi tapılıb. Ehtimal olunan silahlı şəxs də ölü vəziyyətdə aşkar edilib.

Ağır yaralanan iki nəfər helikopterlə xəstəxanaya çatdırılıb. Bundan əlavə, təxminən 25 nəfər müayinə üçün yerli tibb mərkəzinə müraciət edib.

İlkin məlumatda şübhəli şəxs şabalıdı saçlı, don geyinmiş qadın kimi təsvir olunmuşdu. Lakin bu xəbərdarlıq Moskva vaxtı ilə saat 04:46-da ləğv edilib. Daha sonra polis insidentdə başqa şəxslərin iştirak etdiyinə inanmadıqlarını açıqlayıb.

Hadisənin motivi və digər təfərrüatlar araşdırılır.

 

Seçilən
43
redaktor.az

1Mənbələr